Ovod platin nədir?

Prezident Ovu

0 0 rəy
5 Azn
Müəllif : Çingiz Abdullayev |
Nəşriyyat : Qanun nəşriyyatı
Səhifə sayı: 0
Təmin edilmə: 4-6 gun
+

Dronqo öz rəhbərliyindən son dərəcə çətin bir tapşırıq alır: sızan məlumatlara görə, Latın Amerikasında fəaliyyət göstərən cinayətkar təşkilat şərti «X günü» adlı dəhşətli bir aksiya hazırlamaqdadır. Lakin təşkilatın konkret harda yerləşdiyi və aksiyanın nə məqsəd güddüyü, onun haçan və hansı ölkədə həyata keçiriləcəyi dəqiq bilinmir. Bu səbəbdən də Dronqo İnterpolun məxfi agentlərinin müşayiəti altında Riçard Saunders adıyla fəaliyyətə başlamalı olur.

Riçard Saundersə müxtəlif ölkələrdə çalışmaq və təşkilatın izinə düşüb planlaşdırılan aksiyanın qarşısını almaq lazım gəlir. İlk baxışda nə qədər ağlasığmaz görünsə də, yüksək peşəkarlığa malik olan Dronqo bu çətin vəzifəni məharətlə yerinə yetirir. O, narkomafiya şəbəkəsinin maliyyə dəstəyi hesabına Çilinin ucqarında «Şeytan legionu» adı altında fəaliyyət göstərən terror düşərgəsinin mövcud­lu­ğunu üzə çıxarır və Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında dünyanın superdövlətlərinin – ABŞ-ın və SSRİ-nin – bir neçə başçısına qarşı hazırlanmış sui-qəsdin qarşısını almağa müvəffəq olur.

Təbii ki, bu asan başa gəlmir. Prezident ovuna çıxan və qanlı caynaqları hər yerə çatan narkomafiya öz niyyətini yerinə yetirmək məqsədilə Dronqonun ölümünə hökm verir və peşəkar muzdlu qatillər dünyanın hər bucağında – Stokholmda, Vyanada, Afinada, Romada, Rio-de-Janeyroda, Asunsonda, Santyaqoda, Buenos-Ayresdə, Nyu-Yorkda Dronqonun özünün ovuna çıxırlar. Buna görə də müxtəlif adlar altında çalışmağa məcbur qalan Dronqo bir neçə dəfə ölüm təhlükəsindən möcüzə nəticəsində xilas olur.

Amma xilas olurmu?

Aksiyanın qarşısı alınır, terrorçuların «X günü» planı ifşa olunur və qatillər hamısı məhv edilir. Sanki hər şey başa çatmış kimidir. Elə bu zaman BMT Katibliyinin binası qarşısındaca naməlum qadın Dronqoya üç atəş açır. Dronqo ölümcül vəziyyətdə xəstəxanaya çatdırılır. Amma ölümdən xilas ola bilirmi?

Müəllif sualın cavabını qəsdən gizli saxlayır və bu müəmma əslində əsərin daha da maraqla oxunmasına xidmət edir.

Rəy bildirin

Oxşar məhsullar

Səssiz şahid

Qanun nəşriyyatı
  6 Azn

Səbətə at

On zənci balası

Qanun nəşriyyatı
  5.90 Azn

Səbətə at
-53%

Harry Potter Əlfəcin

1.50 Azn   0.7 Azn

Səbətə at

Bozun əlli çaları

Qanun nəşriyyatı
  14 Azn

Səbətə at

Bağçada artıq gec olacaq

Qanun nəşriyyatı
  10 Azn

Səbətə at

Cəmilə

Qanun nəşriyyatı
  5.5 Azn

Səbətə at

Xırda şeyləri dərd etməyin

Qanun nəşriyyatı
  6.5 Azn

Səbətə at
-53%

Oğuz Atay Əlfəcin

1.50 Azn   0.7 Azn

Səbətə at
-25%

Atlı karınca çəhrayı

20 Azn   15 Azn

Səbətə at
  6.40 Azn

Səbətə at

Səssiz ev

Qanun nəşriyyatı
  9 Azn

Səbətə at