Ovod platin nədir?
Nizami Gəncəvi

Nizami Gəncəvi

Nizami Gəncəvi (fars. نظامی گنجوی, tam adı: Əbu Məhəmməd İlyas ibn Yusif; təxm. 1141GəncəEldənizlər dövləti (hazırkı Azərbaycan Respublikasının ərazisi) – təxm. 1209, Gəncə) — Azərbaycan fars dilli poeziyasının klassiki, orta əsrlər şərqinin ən böyük şairlərindən biri, fars dilli epik ədəbiyyatın ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır.

Şifahi xalq ədəbiyyatı və yazılı tarixi salnamələrin ənənəvi mövzularından istifadə edən Nizami, islamdan əvvəlki və islam dövrü İranını birləşdirmişdir.[1] Nizaminin qəhrəmanlıq-romantik poeziyası sonrakı əsrlər boyunca, fars dilinin istifadə olunduğu bütün ərazilərdə özünü ona oxşatmağa çalışan gənc sənətkarların yaradıcılığına təsir etmiş, nəinki Persiyada, həm də AzərbaycanErmənistanƏfqanıstanGürcüstanHindistanİranPakistanTacikistanTürkiyə və Özbəkistan kimi müasir ölkələrin mədəniyyətinin formalaşmasında rol oynamışdır. Nizaminin yaradıcılığı, Hafiz ŞiraziMövlana Cəlaləddin Rumi və Sədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir etmişdir. Onun, müxtəlif ictimai, mədəni və elmi mövzuları işıqlandıran beş məsnəvisi bütü şərq ölkələrində böyük məşhurluğa malik olmuşdur ki, bunu da, şairin əsərlərinin çoxlu sayda və müxtəlif dövrlərə aid əlyazmalarının dövrümüzə çatması sübut edir. Nizaminin "Xosrov və Şirin""Leyli və Məcun" və "İsgəndərnamə" kimi əsərlərinin qəhrəmanları, indi də, bütün islam ölkələrində, eləcə də dünyada tanınmaqdadır.

Leyli və Məcnun

Qanun Nəşriyyatı
  10 Azn

Səbətə at